İraqSuriyaXƏBƏRLƏR

Rusiya, Suriya və İraq terrorçularının kimyəvi silahları haqda nigarançılığını bildirib

Rusiyanın Xarici İşlər Nazirliyi terrorçuların İraq və Suriyadakı hücumları zamanı kimyəvi silahlardan istifadə etmələri haqda dərin nigaranlığını bildirərək, bu təhlükələrlə qarşılaşmaq üçün Bağdad və Dəməşq dövlətlərinə yardım etmək məqsədilə öz hazırlığını bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı günü bir bəyanata yayaraq, İraqdakı terrorçuların öz hücumları zamanı zəhərli qazlardan istifadə etmələri barədə yayımlanan xəbərlər haqda dərin nigaranlığını bildirib.

Bu bəyanatda deyilir: İraq rəsmiləri son zamanlar bildiriblər ki, bu ölkədəki terrorçular kimyəvi silahlar və zəhərli maddələri istehsalı üçün xam maddələrə malikdirlər və məlum olduğu kimi Əl-Qaidəyə bağlı olan Əl-Nosrə Cəbhəsi xüsusiyyət təşkil etməklə Suriyadakı terrorçu qruplaşmalar özlərinin terror hücumları zamanı bu zəhərli qazlardan istifadə edirlər.

Rusiyanın Xarici İşlər Nazirliyi vurğulayıb: İraq dövlətinin kimyəvi silahların genişlənməsi habelə Əl-Qaidə və bu qrupla əlaqədə olan qruplarla mübarizəsini himayə edirik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu