AvropaXƏBƏRLƏR

Pan Gi Mun avstriyalı sülhməramlıların Colan yüksəkliklərindən geri çəkilməsindən nigaranlıq etdi

BMT baş katibinin sözçüsü cümə axşamı günü Pan Gi Mun və Avstriyanın xarici işlər naziri arasında telefon əlaqəsinin qurulmasından və BMT baş katibinin bu telefon söhbətində Avstriya sülhməramlılarının Colan yüksəkliklərindən geri çəkilməsi məsələsindən nigaranlıq etməsindən xəbər verərək, deyib: Pan Gi Mun bu qərar və onun mənfi nəticələrindən nigarandır.

Colan yüksəkliklərində sülhü müdafiə üçün BMT-nin ixtiyarına hərbi qüvvə vermiş yeganə Avropa ölkəsi olan Avstriya dəfələrlə xəbərdarlıq etmişdi ki, Avropa Birliyinin Suriyada müxalif qüvvələri silahlandırmaq qərarına gələcəyi təqdirdə öz qüvvələrini Colan yüksəkliklərindən geri çəkəcək.
BMT-də diplomatik mənbələr çərşənbə axşamı günü xəbər vermişdilər ki, AB-nin Suriyada terrorçuların silahlandırılması qərarından son dərəcə narahat olan Avstriya BMT-nin sülhü mühafizə qüvvələri ilə əməkdaşlığa son verərək, öz qüvvələrinin Colan yüksəkliklərindən çıxartmaq qərarına gəlib.
Avstriyanın müdafiə naziri AB-nin terrorçuların silahlandırılması qərarını təhlükəli qərar adlandırıb və deyib: Terrorçu qüvvələrin təhdidlərindən irəli gələn nigaranlığa əsasən Avstriya öz qüvvələrini Colan yüksəkliklərindən geri çəkəcək.
Suriyadakı terrorçular və silahlı qüvvələr indiyə kimi 3 dəfə BMT-nin sülhü mühafizə qüvvələrinə hücum ediblər.
Suriyanın BMT-dəki nümayəndəsi xəbərdarlıq edib ki, İsrail rejimi Colan yüksəkliklərində yeni bir ssenari ardıncadır. Belə ki, BMT sülhməramlılarını oradan qaçmağa məcbur etməklə, terrorçular üçün Colan yüksəkliklərində nəzarətsiz bölgənin yaradılmasını istəyir. Bu yolla onlara İşğal olunmuş Fələstindən lazımı hərbi və locistik yardımlar etmək istəyir.
Bəşşar Cəfəri bu məsələ ilə bağlı BMT baş katibinə və TŞ-yə lazımi məlumatın verildiyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu