DünyaXƏBƏRLƏR

Talibanın hücumunda NATO-nun 9 hərbçisi ölüb və yaralanıb

Cümə axşamı günü bomba quraşdırılmış bir avtomobilin NATO-nun Helmənd vilayətinin Nozad məntəqəsindəki qərargahı yaxınlığında partladılması nəticəsində 9 xarici hərbçi ölüb və yaralanıb.

Bu partlayış 3 gürcü hərbçinin ölməsinə və 6 hərbçinin də yaralanmasına səbəb olub.
Talibanın sözçüsü Qari Yusif Əhməd bu hadisənin məsuliyyətini qəbul edib.
O, yerli media vasitələrinə deyib: Talibanın üzvlərindən olan Əbdülqadir adlı biri bu əməliyyatı həyata keçirib.
Mayın 13-də də oxşar hücum əməliyyatı zamanı 3 gürcü hərbçi həyatını itirmişdi. İndiyə kimi Əfqanıstanda həyata keçirilən beynəlxalq hərbi əməliyyatlar çərçivəsində Gürcüstan 900 hərbçisini itirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu