Moskva sakinlərindən minlərlə nəfər müxalifətin çağırışı əsasında ötən il Putinin yenidən hakimiyyətə qayıtmasına etiraz aksiyasında həbs olunmuş nümayişçilərə azadlıq tələbi ilə şəhərin mərkəzinə toplaşıb.
Deyilənlərə görə “Sizin və Bizim Azadlığımız Uğrunda Yürüş” adlı aksiyada iştirak məqsədilə 5 mindən çox insan Moskvanın Kaluqa meydanına toplaşıb.
Aksiyanın təşkilatçıları 30 mindən çox adamın aksiyaya qatılacağına ümidvardır.
Rusiya prezidenti Vladimr Putin əleyhinə etiraz aksiyasında iştirak edənlər əllərində üzərinə “6 May məhbuslarına azadlıq”, Putin, Rusiyanın utancı”, “Prezident Hegemonçuluğuna Ölüm” şüarları yazılmış plakatlar daşıyıblar.
Fransa xəbər agentliyinin Moskvadan verdiyi məlumata görə, Rusiya prezidentinin 1 nömrəli müxalifi olan və hazırda, korrupsiya ittihamı ilə mühakimə olunan Aleksey Navalnıy da bu aksiyada iştirak edir.
Aksiyada həmçinin, liberal “Solidarnost və Parnas” cərəyanının rəhbər üzvləri o cümlədən İlya Yaşin, Mixail Kasyanov da iştirak edirlər.