İraq parlamentinin deputatı və bu ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik komissiyasının üzvü İraqda iranlı zəvvarların hədəfə alınmasının tayfaçılıqla bağlı məkrli plan olduğunu bildirərək bu barədə müsəlmanların qanının tökülməsində Qətər və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.
Əhli-Beyt ziyarətçiləri olan iranlıların Səudiyyə Ərəbistanı və Qətərin himayə etdiyi sabiq Bəs rejiminin qalıqları və vəhhabi koalisiyası tərəfindən hədəfə alınmasını bu qruplaşma və ölkələrin mənfur məkrli planları çərçivəsində hesab etmək lazımdır. Belə ki, onlar Əhli-Beyt (ə) ardıcıllarının qətlə yetirilməsini istəyirlər.
İraqlı deputat əlavə edib: Biz Qətərin kiçik və Səudiyyə Ərəbistanının qoca və əldən düşmüş hökumətlərinə tövsiyə edirik ki, bu yolda öz vəsaitlərini xərcləmək və müsəlmanları qətliam etmək, işğalçı İsrail rejiminə xidmət istiqamətində islam ölkələrinin infrastrukturunu məhv etmək yerinə o vəsaitləri öz xalqları üçün xərcləsinlər.