AzərbaycanXƏBƏRLƏR
İsa Qəmbər : “Vahid namizəd olacaq şəxs Azərbaycanda olmalıdır.”
Azərbaycan Respublikasında seçkidə “Milli Şura”-nın vahid namizəd irəli sürmək niyyəti ciddi diqqət mərkəzinə çevrilib.
Bunula bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın sessiyasındakı çıxışında deyib : “Vahid namizəd olacaq şəxs Azərbaycanda olmalıdır.”
Milli Şuranın vahid namizəd məsələsinin iki illik keçid müddəti konsepsiyasına uyğun həll oluna biləcəyini vurğulayan İsa Qəmbər deyib : “Bütün bu məsələlər ciddi müzakirələr və yazılı müqavilə ilə təsdiqlənməlidir. Prosesdə iştirak edənlərin həmin sənəddə imzası olmalıdır. Ona görə də bu məsələ bizim üçün qırmızı xətdir”.