Amerikanın dövlət büdcəsində iri büdcə kəsrinin möcud olması və iqtisadi böhranın şiddətlənməsinə rəğmən, bu ölkə konqresi sionist rejimin maliyyə, hərbi və müdafiə üzrə hərtərəfli himayəsi haqda layihəni qəbul etdi.
Amerika Milli Konqresinin Müdafiə Komissiyası bir hərəkətdə Qüdsü işğal etmiş rejimin mövcudluğunun hərtərəfli himayəsi layihəsini qəbul edərək, bir daha bu ölkənin dövləti və nümayəndələrinin Amerika vətəndaşlarının iqtisadi problemlərinə məhəl qoymadıqlarını göstərdi.
Bu qərara əsasən, ABŞ dövləti üzərinə öhdəlik götürür ki, sionist rejimin nazirlər kabinetinin maraqlarının xətərə düşməməsi daxil olmaqla bu rejimin təhlükəsizliyinin təmini və ondan əmin olmaq üçün bütün lazımi addımları atacaq.
Bu qərarın maddələrindən biri, “İranın nüvə proqramının inkişafının davam etməsindən çəkinmə”dir, zira sionist rejim başçılarının nöqteyi-nəzərincə, hətta dinc məqsədli olsa belə, İranda hər cür nüvə irəliləyişi Təl-Əviv üçün bir hədə ola bilər.
Bu layihənin digər bir hissəsində deyilir: Amerika dövləti bir vəzifə kimi özünün bütün daxili və xarici siyasətlərini elə hazırlayıb proqramlaşdırmalıdır ki, Təl-Əvivin maraqları təmin olunsun və həmin maraqların qorunması ön planda dursun.
Bu əsasda maraqların təsnifatında işğal olunmuş ərazilərdə yaşayan yəhudilər və onların təhlükəsizliyi Amerka vətəndaşları ilə müqayisədə daha üstün mövqedə durur.
Bu layihənin bir hissəsində deyilir: İsrailin ən əsas düşməni kimi, İranın hərbi və nüvə qabiliyyətləri ilə mübarizə Amerikanın Təl-Əvivi himayə siyasətlərində ön plana durmalıdır.