İranXƏBƏRLƏR

Ruhani: Sanksiyalara son qoymağın yolu şəffaflıq və etimaddır (1)

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani Tədbir və Ümid hökumətinin iqtisadi siyasətləri barəsində deyib: İqtisadi inkişaf üçün parlamentin gəliri yaxşılaşdırmaq sahəsində təsdiqlədiyi qanun barəsində dərhal müddəalarını tənzimləyərək elan edəcəkdir. Hökumət proqramlaşdırma aparacaqdır ki, istehsal sektorundakı problemlər aradan qalxsın və həmin birinci ildə bu səyin təsirlərini görsün.

Xalqın səsi ilə seçilmiş prezident İrana qarşı tətbiq olunmuş zülmkarcasına sanksiyaların azaldılması üçün səylər barəsində də deyib: Sanksiya məsələsi bu gün qarşılaşdığımız bir problemdir. Hamımız bilirik ki, bu sanksiya zülmkarcasınadır və İran xalqı sanksiya tətbiq olunacaq bir iş görməmişdir. Həyata keçirdiyi iş qanuni və beynəlxalq qanunlar çərçivəsindədir. Sanksiyadan istifadə etmək dövrü keçmiş irticaçı bir vasitədir. Hazırkı dövrdə qərbin özü iqtisadi problemlərlə üzləşib. Bu sanksiya siyasəti qərbin zərərinədir və əgər faydası olarsa, yalnız İsrailin xeyrinədir. Addımlar atılacaq ki, addım-addım sanksiyaları azaldaq. İlk öncə nüvə proqramlarında şəffaflıqla. Bizim işlərimizdə şəffaflığımız vardır. Lakin işlərimizin beynəlxalq qanunlar çərçivəsində olduğunu nümayiş etdirmək şəffaflığına qadirik. Beləliklə etimad öz yerinə qayıtsın. Sanksiyaya son qoymağın yolu qarşılıqlı etimad və əməkdaşlıqlarda şəffaflıqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu