İranXƏBƏRLƏR

Ruhani : İran xalqı elə bir iş görməyibdir ki, sanksiyaya layiq olsun(6)

Ruhani tədbir və ümid dövlətinin iqtisadi siyasətləri barədə deyib: Dövlət sürətlə iqtisadi rövnəq üçün məclisin iş və qazancın yaxşılaşdırılması barədə qəbul etdiyi qanunun əsasnaməsini hazırlayıb elan edəcək. Dövlət istehsal sahəsindəki problemləri aradan qaldırmaq üçün proqramlaşdırma aparacaq və elə ilk ildə bu səyin təsirlərini görəcəksiz.

Seçilmiş prezident İrana qarşı zalımcasına sanksiyaların azaldılması üzrə səylər barədə deyib: Sanksiya məsələsi bir problemdir ki, bu gün onunla üzləşirik. Hamımız bilirik ki, bu sanksiyalar zalımcasınadır və İran xalqı elə bir iş görməyibdir ki, sanksiyaya layiq olsun. Gördüyü iş qanunidir və beynəlxalq qaydalar çərçivəsindədir. Sanksiyadan istifadə, mürtəce bir vasitədir ki, dövranı keçibdir. İndiki zamanda Qərbin özü iqtisadi problemlərlə üzləşir və bu sanksiyalar Qərbin zərərinədir və əgər mənfəəti olarsa, İsrailin xeyrinədir. Biz addımbaaddım sanksiyaları azaltmaq üçün tədbirlər görəcəyik. Öncə, nüvə proqramlarında daha artıq şəffaflıq yaradacağıq. Biz şəffaflığa malikik, lakin işlərimizin beynəlxalq qanunlar çərçivəsində olduğunu göstərmək üçün daha artıq şəffaflıq göstərməyə qadirik ki, etimad öz yerinə qayıtsın. Sanksiyalara son qoymağın yolu, qarşılıqlı etimad və həmkarlıqlarda şəffaflıqdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu