DünyaLivanXƏBƏRLƏR

Nəsrulladan şayiələrə cavab

Seyid Həsən Nəsrulla çərşənbə günü etdiyi çıxışında Livan Hizbullahına qarşı irəli sürülən ittihamlara və şayiələrə cavab verib. Livan Hizbullahının baş katibi şiə ilə sünni arasında fitnə törətməyi təhlükəli addım adlandıraraq, bunun Livanın xeyrinə olmadığını bildirib.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrulla əl-Minar telekanalı vasitəsilə yayımlanan çıxışının əvvəlində son 2 gündə cərəyan edən şayiələrə və bunun mənfi nəticələrinə işarə edərək, bu məsələnin televiziya vasitəsi ilə etmək istədiyi çıxışını vaxtından əvvəl həyata keçirməsinə səbəb olduğunu deyib.
O, deyilənlərin hamısının yalan və Hizbullaha qarşı media müharibəsinin nişanəsi olduğunu bildirib.
Bəzi media vasitələri son günlər Livan Hizbullahının sədri Seyid Həsən Nəsrullanın səhhətinin ağırlaşması və müalicə üçün İrana köçürüldüyünü iddia etmişdilər.

Nəsrulla: Suriyada dəyişikliklərə bel bağlayanlar Livanda seçkilərin təxirə salınmasını istəyirlər

Livan Hizbullahının baş katibi əlavə edib: Maliyyə böhranı ilə üzləşənlər, koalisiyalarında ixtilaflara malik olanlar və Suriya hadisələri üzərindən plan quranların mənafeyi seçkilərin təxirə salınmasındadır.
Seyid Həsən Nəsrulla Livan Hizbullahı və Suriya hökumətinə qarşı səsləndirilən ittihamları və sərhəddə yerləşən bəzi sünni sakinli kəndlərin ələ keçirilməsi haqdakı şayiələri tamamilə əsassız adlandırıb və Amerika, Ərəbistan və Qətərin Suriyada silahlı müxalifətə maliyyə dəstəyi göstərdiyini bildirib.
Seyid Həsən Nəsrulla əlavə edib: Bütün livanlılar adam oğurluğu fenomeni ilə mübarizə aparmaq üçün əməkdaşlıq etməlidirlər.
Livan Hizbullahının baş katibi sonda deyib: İstənilən etnik və məzhəbi ixtilaf Livan üçün təhlükəli hal sayılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu