
Ötən həftə Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyasında təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş aksiya iştirakçısının cəsədinin ailəsinə təhvil verilməməsi Bəhreyn xalqının qəzəbinə səbəb olub.
Bunun ardınca yüzlərlə bəhreynli çərşənbə axşamı Sənabis, Səmahic və Sitrə şəhərlərində aksiyalar təşkil edərək, Mahmud İsa əl-Cəzirinin cənazəsinin təhvil verilməsini tələb ediblər.
Bəhreyn xalqı artıq iki ildən çoxdur ki, Ali-Xəlifə rejiminin ayrı-seçkiliyə əsaslanan siyasətlərinə və siyasi-iqtisadi ədalətsizliklərə, sosial problemlərə etiraz olaraq nümayişlər təşkil edir.