İslam Əməkdaşlıq Təşkilatının baş katibi İranda yeni seçilən prezidenti təbrik edərək, İran xalqının seçkilərdəki geniş iştiraklarının xalqın Həsən Ruhaniyə olan etimadlarının nişanəsi olduğunu bildirib.
İran İslam Respublikasının Cəddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı nəzdindəki daimi nümayəndəliyinin verdiyi məlumata görə İƏT-nın baş katibinin təbrik məktubu, İran xalqının seçkilərdəki geniş və əzəmətli iştirakları və Doktor Ruhaninin İran İslam Respublikası prezidenti kimi bu seçkilərdə seçilməsi və qələbə çalması münasibəti ilə verilib.
Bu məlumata görə İƏT-nın baş katibi Əkmələddin Ehsanoğlu bir yazılı məktubda Doktor Ruhaninin İran İslam Respublikası prezidenti kimi qələbə çalmasını təbrik edib və İran xalqının seçkilərdəki geniş iştirakının, xalqın Doktor Ruhani və onun proqramlarına olan etimadının aydın nişanəsi olduğunu bildirib.
Ehsanoğlu həmçinin ümid edibdir ki, onun prezidentliyi dövründə İranla İƏT arasındakı əlaqələr günü-gündən daha da güclənsin və İranın İslam Əməkdaşlıq Təşkilatındakı fəal və təsirli rolu davam etsin.