Misir hərbçilərindən bir qrupu bu ölkə prezidenti Məhəmməd Mursinin siyasətlərinin əmin-amansızlıqların yaranmasına və terrorizmin təşviq edilməsinə səbəb olduğunu bildiriblər.
“Misir Zabitləri Cəbhəsi” adlı misirli hərbçilər bir bəyanat yayaraq, Məhəmməd Mursinin hökuməti dövründə ölkənin idarəsindəki səbatsızlıq haqda kəskin narazılıqlarını bildirib, Mursinin hazırkı siyasətinin “ əmin-amansızlığın yaranması və terrorizmin təşviq edilməsi” olduğunu bildiriblər.
Bu cəbhə Facebook İctimai Şəbəkəsində yayımlanan özünün ilk bəyanatında belə bildirib: Misirin dağıdılması istiqamətində sionistlərin strateji fitnəkar planlarının icrası hədəfi ilə Amerika ilə birləşən Mursi və onun qrupunun dövründə anarxiya, korrupsiya, pozğunluq, terrorizm və səbatsızlıq bu ölkəyə hakim kəsilib və bu qrupun məqsədi, İxvanülmüslimin yaxud Müsəlman Qardaşları Qrupu və beynəlxalq sionizmin amillərinə bağlı olan xain muzdurların yardımı ilə hərbi və iqtisadi cəhətdən zəiflətmək yolu ilə Misiri başqa bir İraqa çevirmək, bu ölkədə əmin-amansızlıq yaratmaq və terrorçu hərəkətləri alqışlamaqdır.
Bu cəbhə öz bəyanatının davamında Məhəmməd Mursi və onun hökumətinin vətənə xəyanət ittihamı ilə hərbi məhkəmədə mühakimə edilməsi, cari otuz iyunda Müsəlman Qardaşların Misirə hökumətinə son verilməsi, vaxtından əvvəl seçkilərin keçirilməsi zamanına qədər, Misirin Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi General-Mayor Sami Annanın Misir xalqının razılaşdığı hərbi prezident kimi seçilməsini istəyib ki, beləliklə bu ölkədəki əmin-amansızlıqlar və səbatsızlıqların şiddətlənməsinin qarşısı alınsın.