ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın prezidentləri iyunun 18-də birgə bəyanat yayıb təkid ediblər : “Azərbaycan və Ermənistan rəhbərləri xalqları müharibəyə yox, sülhə hazırlamalıdır”.
Bəyanatda deyilir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsi tərəflərinin danışıqlar prosesində razılıq əldə edə bilməməsindən təəssüflənir: “Biz təəssüf edirik ki, münaqişə tərəfləri danışıqlar prosesində məsələnin həllini tapmaq əvəzinə birtərəfli mənfəət əldə etməyə cəhd göstərir. Biz qəti şəkildə bütün tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə (güc tətbiq etməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi) sadiq qalmağa çağırırıq.
Bu bəyanatın Əliyev- Sərkisiyan görüşünün ərəfəsində yayılması Azərbaycan Respublikasını MQ-nın Ermənistan və DQ separatçılarının xeyrinə güzəştə getmək üçün təzyiq altına qoyduğu düşünülür.