İranXƏBƏRLƏR

Qərbin İran telekanallarına hücumu davam edir

Dünyada ən böyük peyk xidmətləri şirkətlərindən olan İntelsat şirkəti İran telekanalları, o cümlədən Press TV telekanalına xidmətlərin verilməsini dayandırması ilə bağlı öz qərarını açıqlayıb.

Lüksemburqda yerləşən İntelsat şirkəti 19 iyun Press TV daxil olmaqla İran telekanallarına artıq xidmətlər verməyəcəyini bildirərək elan edib: Bu qərar ABŞ tərəfindən İran İslam Respublikası Teleradio Təşkilatının sədrinə tətbiq olunmuş sanksiyalara əsasən çıxarılıb.

ABŞ hökumətinin İntelsat şirkətinə bir daha İran İslam Respublikası Teleradiosuna xidmətin müddətini uzatmaması ilə bağlı bildirişinə toxunan bu şirkət bildirib: 2013-cü il iyul ayının 1-dən İrana verilən xidmətlər dayandırılacaq.

Bir çox qərb ölkəsi, o cümlədən İngiltərə, Fransa, Almaniya və İspaniya 2012-ci ildən İran İslam Respublikası telekanallarının yayımını dayandırıblar.

Avropa şirkətləri bildirirlər ki, bu addımlar İrana qarşı sanksiyalar istiqamətində atılıb. Halbuki Avropa Birliyi xarici siyasət məsələləri üzrə məsul şəxsinin sözçüsü Maykl Man Press TV-yə müsahibəsində deyib ki, media İrana qarşı sanksiyalara şamil olmur.

Eutelsat peyk şirkətinin fransız-israilli rəhbəri Mişel De Rozen Asiya və Avropa peyk şirkətlərinə ünvanladığı məktubda onlara xəbərdarlıq edib ki, İran telekanallarının yayımını dayandırmadıqları halda göstərişlərə itaətsizliyin nəticələri ilə qarşılaşmağa hazır olmalıdırlar.

ABŞ-da sionist lobbisi də Press TV telekanalının yayımının dayandırılması üçün avropalıların səylərini dəstəkləyib.

Media fəalları qərbin İran telekanallarına hücumunu Avropa hökumətlərinin söz azadlığı ilə mübarizəsi adlandırıblar. Belə ki, həmin ölkələr özləri söz azadlığını sinələrinə döyürlər.

Avropa Birliyi İran medialarının bu qitə əhalisinə həqiqəti çatdırmalarına qarşıdır.

İran İslam Respublikasının xəbər və sərhədaşırı mediaları qərbdə insan haqlarının pozulması halları kimi məsələlərlə əlaqədar dünyanın ümumi fikrinin işıqlandırılmasında, terrorçu qrupların mahiyyəti və onların regional hamilərinin ifşa olunmasında, eləcə də qərbdə kapitalizmə qarşı hərəkatın etirazlarının əks etdirilməsində aktiv addım atırlar və bu şəffaflıq İran telekanallarına peyk xidmətlərinin verilməsində qərbin təxribatçılığının səbəbidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu