Tehranın bu həftəki cümə namazının xətibi İranda 11-ci prezident seçkilərini siyasi qəhrəmanlığın yaradılmasında İran xalqının böyük qələbəsi adlandırıb.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani siyasi qəhrəmanlığın yaranmasında İslami İranın vilayətsevər xalqının iştirakını alqışlayaraq deyib: Bu qəhrəmanlıq İran prezident seçkilərində iştirak üçün İslam İnqilabının Böyük Rəhbərinin nidasına ləbbeyk demək idi.
Ayətullah Müvəhhidi Kirmani bildirib ki, 2013-cü il 14 iyun siyasi qəhrəmanlığı bir daha İran xalqının başıucalığı və İslam İnqilabı düşmənlərinin məğlubiyyəti ilə nəticələndi.
Tehranın cümə namazı xitabətçisi həmçinin İran xalqının seçdiyi Həsən Ruhanini təbrik edərək əlavə edib: O iqtidarlı, tədbirli və Vilayət Fəqihə tabe idarəçidir və İslam İnqilabının qələbəsindən öncə və sonra parlaq inqilabi keçmişə malikdir.
İran xalqının seçdiyi prezidentin ilahi və Quran fərmanlardan istifadə edərək, çalışqan və layiqli müşavirləri seçərək prezidentliyin dəyərli yükünü təyin olunmuş məqsədlərə çatdırmalı olduğunu bəyan edən Ayətullah Müvəhhidi Kirmani ümidvarlıq edib ki, İran xalqının seçdiyi prezident güclü nazirlər kabineti təyin edərək ölkənin icra işlərində uğur qazanacaq.
Tehranın cümə namazı xətibi həmçinin İranın futbol üzrə yığma komandasının qələbə çalması və 2014-də Braziliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanması münasibəti ilə İran xalqı, o cümlədən gənclər və idmançıları təbrik edib.
Ayətullah Müvəhhidi Kirmanı Tehranın cümə namazının 1-ci xütbəsində İmam Zamanın (əc) zühuru dövründə zalımların məzlumlara zülmünün yuxarı həddə olacağını bəyan edərək deyib: Hazırda dünyanın müxtəlif bölgələri, o cümlədən Bəhreyn və Suriyada edilən zülmlər naümidliyə səbəb olmamalıdr. Çünki zalımların məzlumlara zülmünün artması böyük qələbənin zühuruna yaxınlaşmağın nişanəsidir.