Kreml sarayı cümə günü Rusiyaya qarşı yeni hədələrə toxunaraq bildirib ki, bu ölkənin 1980-ci illərin sonlarında ABŞ-la imzaladığı orta mənzilli nüvə silahlardan istifadə qadağası müqaviləsini kənara qoyması mümkündür.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Prezident Sarayının baş direktoru Sergey İvanov Vesti 24 telekanalı ilə müsahibədə deyib: Biz bu memorandumu imzalamışıq və ona sadiq qalacağıq. Lakin bu memorandumun əbədi olaraq davam etməsi qərara alınmayıb.
İvanovun sözlərinə görə, ABŞ heç vaxt orta mənzilli və taktiki raketlərə ehtiyac duymayıb. Çünki bu raketlər yalnız Meksika və Kanadanı hədəfə ala bilər. Lakin Rusiya hazırda bir çox qonşu ölkələr tərəfindən orta mənzilli raketlər hədəsi ilə üzləşib.
İvanov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu memorandumu “etiraz olunası” adlandırıb.
Moskva çərşənbə günü bildirib ki, ABŞ prezidenti Barak Obamanın Rusiya və ABŞ-ın strateji nüvə cəbbəxanalarının üçdə birinin azalması ilə bağlı təklifini qəbul edə bilməz.
ABŞ və sabiq SSRİ 1987-ci ildə bu memorandumu imzalayıblar. Memoranduma əsasən 500-5500 kilometrlik yer və orta mənzilli ballistik raketləri məhv etməlidirlər.
