İranın xarici işlər nazirinin müavini Suriyaya silah göndərilməsini himayə edən tərəflərin Suriyada günahsız insanların qırğın edilməsində məsuliyyət daşıdıqlarını bildirib.
Hüseyn Əmir Abdullahiyan deyib: Amerika və İngiltərə regionda o cümlədən Suriyada bir çox strateji səhvə yol veriblər.
Əmir Abdullahiyan Suriyanın təhlükəsizlik böhranını münasib formada arxada qoyduğunu və ölkədə az saylı məsuliyyətsiz terrorçunun qaldığını xatırladaraq deyib: bəzi xarici tərəflər bu ölkəyə silah və hərbi sursatın göndərilməsini istəməklə öz məqsədlərinə terrorçuluq yolu ilə nail olmaq istəyirlər.
