İran prezidenti Livanın xarici işlər naziri ilə görüşdə Suriyanın hazırkı durumuna işarə edərək, mövcud vəziyyətdən yeganə xilas yolu olaraq milli anlaşma və birliyə təkid edib və deyib: Kobudluq ilə hansısa problemi həll etmək mümkün deyil. Tərəflər bir-biriləri ilə müzakirə etməli, həmrəylik və əməkdaşlıq ilə ölkənin idarəçiliyində iştirak etməlidirlər.
Mahmud Əhmədinejad əlavə edib: Düşmənlər bütün məntəqəni nəzarət altına almaq ardıncadırlar və Suriya məsələsi onların böyük ssenarisinin bir hissəsidir. Bəs, hamı ayıq olmalı və düşmənin toruna düşməməlidir.
Livanın xarici işlər naziri də bu görüşdə İranın Livan xalqı və müqavimətinə olan himayələrini yüksək qiymətləndirərək, deyib: İran daim ədalət, azadlıq və izzətin müdafiəçisi olub və həmişə haqq məsələsi üzərində qətiyyətli və israrlı davranıb.
