SuriyaXƏBƏRLƏR

UNESCO Suriyanın tarixi abidələrinin dağılmasından nigarandır

UNESCO Suriyada qeydə alınmış altı tarixi abidənin dağıdılması ehtimalından nigaranlıq edib.

Euronews-un məlumatına görə, Hələb şəhərində Suriya ordusu ilə silahlı müxaliflər arasında döyüşlərin davam etməsinə görə, UNESCO bu ölkənin mədəni irsinin dağıdılmasından son dərəcə nigaranlıq edib. UNESCO məhv olmaq təhlükəsində olan Suriyanın mədəni irslərindən altı məkanın adını öz siyahısına daxil edib.

İnsan faciəsindən əlavə, bu ölkədəki daxili müharibə bir sıra tarixi abidənin dağılmasına səbəb olub.
Hələb və Dəməşq şəhərlərində yerləşən Suriyanın mədəni irsinin abidələri silahlı döyüşlər zamanı ağır zərərlərə düşüblər.
BMT tərəfindən yayılmış son məlumata görə, Suriya böhranı zamanı 90 mindən yuxarı insan həlak olubdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu