LivanXƏBƏRLƏR

Livan ordusu və Əl-Əsir tərəfdarı olan silahlılar arasında toqquşmalar şiddətlənib.

Livanın Əl-Minar Telekanalı Livan Ordusu ilə sələfi ifratçı ruhani Şeyx Əhməd Əl-Əsirin silahlı qüvvələri arasında toqquşmaların şiddətlənməsindən xəbər verib.

Əl-Əsir snayperlərinin hücumu habelə onların bir ordu avtomobilinə hücumu ilə bu toqquşmalar şiddətlənib.

İndiyə qədər bu toqquşmalar zamanı Seydada Əl-Əsir tərəfdarları ilə toqquşma zamanı Livan ordusu qüvvələrindən dörd nəfər öldürülüb.

Əbra şəhərində də silahlı ifratçı qüvvələrin ordunun bir yoxlama-buraxılış postuna hücumları nəticəsində ordunun iki zabiti və bir əsgəri həlak olub, bir qrup isə yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu