İngiltərə paytaxtı Ərəbistan vətəndaşlarının məhbus qadınlarla həmrəyliyin elan olunması istiqamətində Azadlıq adı altında keçirilən etiraz aksiyasının şahidi olub.
Aksiyaçılar Səudiyyə Ərəbistanı hökuməti əleyhinə şüarlar səsləndirərək əllərində plakatlar məhbus qadınların dərhal azad edilmələrini istəyiblər.
Bu arada Bəridə şəhərinin gəncləri də aksiya keçirib, Ərəbistan daxili işlər naziri Məhəmməd Bin Naifə qarşı şüarlar səsləndirərək məhbus qadınların azadlığını tələb ediblər. Qəzəbli ərəbistanlı gənclər bütün xalq kütlələrindən bu məhbus qadınların dadına çatmalarını istəyiblər.
Qadınlar da aksiyalar keçirərək və rəsmilərin məhbusların yaxınlarının rəsmi müraciətlərinə etinasızlığını və məhbuslar və ailələri qarşısındakı sükutunu pisləyərək bütün tələbləri reallaşana qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı rəsmiləri məhbusların azadlığının tələb olunması məqsədilə bir neçə şəhərdə keçirilən aksiyalar zamanında onlarla nəfər, o cümlədən bir neçə qadın və uşağı həbs ediblər.