Bazar günündən başlanmış Livanın cənubundakı toqquşmaların davam etməsi ilə bu ölkədə çaxnaşmaların yeni dövrünün qurbanlarının sayı 13 nəfər çatıb, bu çaxnaşmalar zamanı 40-dan çox şəxsdə yaralanıb.
Livan mənbələri bildiriblər: bazar günü Livanın cənubunda yerləşən Seyda şəhərində baş vermiş toqquşmalar zamanı, 13 nəfər, o cümlədən ordu qüvvələrindən 11 nəfər həlak olub.
Yerli mənbələrin bildirdiyinə görə hələ də bəzi yerlədə davam edən bu toqquşmalarda 42 nəfər, o cümlədən Livan ordusunun 35 hərbçisi də yaralanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, Suriya quruluş ilə müxalif olan sələfi ruhani Əhməd Əl-Əsir tərəfdarları ilə Livan ordusu qüvvələri arasında baş vermiş bu toqquşmalarda iki tərəf avtomat silah və minomyotlardan istifadə ediblər.
Livanın şimalında yerləşən və bu ölkənin ikinci ən böyük şəhəri və iqtisadi paytaxtı hesab edilən Trablos şəhərində də ordu ilə silahlı qüvvələr arasında toqquşmalar baş verib.
Livan ordusu hər cür silahlı hərəkətlə sərt formada davaranacağını bildirib.
Livan ordusu da üsyançılar və Livan övladlarını şəhadətə çatdıran şəxslərlə müzakirə etməyəcəyini bildirib.
Livan ötən həftələrdən bəri bu ölkənin müxtəlif məntəqələrində gərginliklər və toqquşmaların şahiddir və baza günü baş vermiş toqquşmaların baş verməsi ilə şiələrlə sünnilər arasında toqquşmalarda son aqressivliklərə əlavə edilməsi qorxusu yaranıb.
