SuriyaXƏBƏRLƏR

Almaniya rəsmisi Suriyadan qayıdan terrorçuların təhlükəsi barəsində xəbərdarlıq edib

Almaniya Federal Konstitusiyanın Mühafizəsi Təşkilatının sədri suriyadakı bəzi almanların olmasına toxunaraq onların bu ölkəyə qayıtdığı zaman təhlükələri barəsində xəbərdarlıq edib.

Almaniya Federal Konstitusiyanın Mühafizəsi Təşkilatının sədri Hans Corc Masen deyib: Suriyada döyüşənlərdən təxminən 20 nəfəri Almaniyaya qayıdıb.

O əlavə edib ki, qayıdan şəxslərin çoxu elə bir vəziyyətdədir ki, hər an Almaniya daxilində problem yarada bilər.

Bu rəsmi bildirib: Onlar Almaniyada digərlərinin təhriki ilə cinayət işləyə və yaxud cinayətkarları Almaniyaya gətirə bilərlər. Ən təhlükəlisi isə budur ki, onlar birbaşa döyüş məsuliyyəti ilə geri dönmüşlər.

Masenin sözlərinə görə, Almaniyadan Suriyaya gedən və özlərini mücahid adlandıran təxminən 60 nəfər qayıtdıqları zaman öz tərəfdarları tərəfindən çox səmimi qarşılanır və onlarla qəhrəmanlar kimi davranırlar. Bu çox nigaranedici məsələdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu