Qərb ölkələrinin təhlükəsizlik təşkilatları Suriya daxilində silahlı qruplaşmalara silahın göndərilməsinin habelə bu ölkədə təkfiri terrorçu qruplaşmaların himayə edilməsinin davam etməsi haqda xəbərdarlıq ediblər.
Suriyaya müxtəlif növlü silahların göndərilməsi bu ölkənin müxtəlif növlü silahların ən böyük anbarına çevrilməsinə səbəb olur və bu silahlar bütün dünyada terrorçuların ixtiyarına verilir.
Qeyd edilən mənbələr əlavə ediblər ki, Suriyadakı terrorçu qruplaşmaların heç biri Suriyaya göndərilən modern silahların Əl-Qaidəyə bağlı olan terrorçuların əlinə düşməməsi haqda heç bir zəmanət vermirlər və Qərb ölkələri gələcək illərdə qeyd edilən qruplaşmalara silah göndərmələrinin bədəlini ödəməlidirlər.
Bu mənbələr həmçinin bildiriblər ki, terrorçu qruplaşmalar İordaniyaya köçmək və orada fəaliyyət göstərmək üçün öz vəziyyətlərini səhmana salmaq halındadırlar ki, beləliklə bu ölkədə özlərinin qırğın və hücumlarını həyata keçirsinlər.
Bu amerikalı rəsmi deyib ki, Qərbin təhlükəsizlik xidmətləri bir qrup silahlı ünsürün Suriyada İordaniyaya qaçmasını göstərən məlumatlara da malikdirlər.
Bu məlumata əsasən bəzi terrorçular bu terror şəbəkəsinə qoşulmaq üçün İordaniya torpağına nüfuz etməyə hazırlaşırlar və bu terror şəbəkəsi Qətərə aiddir.
Qərb ölkələri və onların regional müttəfiqləri xüsusilə Qətər, Ərəbistan və Türkiyənin Suriyadakı terrorçu və silahlı qruplaşmaların bu ölkə xalqına qarşı gündəlik cinayətlərindən xəbərdar olduqları bir halda yenə də bu qrupları silahlandırmağı davam etdirməkdə israrlıdırlar.