İranXƏBƏRLƏR

İran XİN-in 4 misirli şiənin qətlə yetirilməsi haqda bəyanatı

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Misir vətəndaşı olan 4 şiənin qətlə yetirilməsini pisləyərək, bunu İslam dini, Quran-Kərim və İslam peyğəmbərinin sünnəti ilə təzadda olan bir hərəkət adlandırıb.

İran İslam Respublikası İslam dini, Quran-Kərim və İslam peyğəmbərinin sünnəti ilə təzadda olan ifratçı və zorakı davranışları pisləməklə yanaşı Misirin inqilabçı və anlayışlı xalqının öz tədbirli və bacarıqlı rəhbərlərinin düzgün davranışları ilə islam məzhəbləri arasında ixtilaf törətmək məqsədini daşıyan fitnə qarşısında düzgün davranacaq. Necə ki, bundan öncə sionist rejimin müsəlmanlar və xristianlar arasında təfriqə törətmək istədiyi zaman öz məntiqli davranışı ilə bu fitnəni zərərsizləşdirmişdi.
15 Şəban münasibətilə Misirin Əl-Cizə məntəqəsində yerləşən Əbu Müslüm kəndində bir araya gələn bir qrup şiə bir neçə ifratçı sələfinin hücumuna məruz qalıb. Bu hadisə zamanı 4 şiə o cümlədən şiələrin liderlərindən sayılan şeyx Həsən Şəhanə qətlə yetirilib. Həmçinin, ifratçı sələfilər mərasimin təşkil edildiyi evi yandırıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu