Qətər əmiri bazar ertəsi gecə 33 yaşlı gənc Şeyx Təmim Bin Həməd Ali-Saninin bu ölkənin əmiri kimi seçildiyini bildirərək vətəndaşlardan onu yeni əmir kimi qəbul etmələrini istəyib.
Fransa İnformasiya Agentliyinin Dohadan verdiyi məlumata görə Qətər əmiri sarayı bir bəyanatda bildirib: Xalq çərşənbə axşamı və çərşənbə günləri yeni əmirlə əhd-peyman bağlamaq üçün dəvət olunub. Şeyx Təmim Fars körfəzi ətrafında yerləşən ərəb ölkələrinə hakimlərdən ən gənci olacaqdır.
Bu gün Qətərdə milli şənlik elan olunub. Bu qüdrətin keçməsi zamanında Qətər Nazirlər Kabinetinin də dəyişilməsi gözlənilir. Qətər ötən 150 ildə Ali-Sani ailəsinin hakimiyyətdə olduğunun şahidi olmuşdur.
1995-ci ildə Qətər vəliəhdi olan Həməd Bin Xəlifə öz atasını kənarlaşdırdı və Qətər əmiri oldu.
Bu ölkə ABŞ-la yaxın əlaqələr qurdu və Birləşmiş Ştatların ilk hərbi bazası Qətər torpağında 1992-ci ildə yaradıldı. Bu baza ABŞ-ın mərkəzi komandanlıq qərargahıdır ki, Birləşmiş Ştatların İraq və Əfqanıstandakı əməliyyatlarının koordinasiyasını üzərinə götürmüşdür.
Qətər regionun bəzi digər ölkələri ilə birlikdə həm Liviyadakı toqquşmalar zamanı, həm də Suriyada müxaliflərin silah və maliyyə cəhətindən dəstəklənməsində heç bir şeyi əsirgəməmişdir.
