Ayətullah Lütfulla Safi Gülpayqani Misirdə şiələrin kütləvi qırğını ilə bağlı bir müraciətdə əl-Əzhər Universiteti alimlərinin islam qarşısındakı məsuliyyətini xatırladıb.
Bu müraciətin mətni belədir:
بسم الله الرحمن الرحیم
«وَ مَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن یُؤْمِنُوا بِاللهِ الْعَزِیزِ الْحَمِیدِ»
Əl-Əzhər Universitetinin hörmətli alimləri!
Salam əleykum.
Çox təəssüflə məlumat aldıq ki, cənab Şeyx Məhəmməd Həsən Şəhatə azğın və cahil bir qrup tərəfindən ən faciəvi və vəhşicəsinə şəkildə şəhid edilib, onun pak qanı axıdılıb və təəssüflər ki, onun pak cəsədinə də hörmətsizlik edilib, onun rəhmət simasını dünyada insan və islam dəyərlərinə zidd olan ən dəhşətli simaya çeviriblər.
Bəlkə də demək olar ki, bu cahil və alçaq qrupun belə islam və insanlığa zidd hərəkət etməsi qeyri-mümkün deyildir. Çünki bu qrup təkcə Misirdə deyil, digər islam ölkələrində də müsəlmanlardan rifahı və təhlükəsizliyini alıb, onlara vəziyyəti çətinləşdirib və həyatlarını məhv edib. Lakin təəccüblü budur ki, əsrlərlə islamın ali maarifi və Həzrət Məhəmmədin (s.ə.s) gözəl əxlaqını dünyaya təqdim edən əl-Əzhər kimi böyük universitet olan ölkədə bu gün bu cinayətlərin törədilməsinin şahidiyik.
Hörmətli əl-Əzhər Universiteti öz əsas vəzifəsini yerinə yetirməlidir. Əlbəttə sizə bu anti-bəşər cinayəti pisləmənizə görə təşəkkürümüzü bildiririk. Lakin bu yetərli deyil. Siz əl-Əzhər Universitetinin böyük alimlərinin əziz islamın qarşısında məsuliyyətiniz var və sizin bugünkü məsuliyyətiniz qabaqkından daha çoxdur.
Görmürsünüz ki, hər gün vəhhabi alimlər şəriətin əksinə necə fitvalar verir və müsəlmanları müsəlmanların qanını axıtmağa təhrik edirlər?!
Ehtimal etmirsiniz ki, öz ölkələrində tam rifah və təhlükəsizlikdə olmaq və islam ölkələrində müsəlmanların bir-birinin canına düşmələrini istəyən islam düşmənlərinin məkrli planlarıdır?!
Siz günahsız uşaqların, sığınacaqsız qadınların və məzlum kişilərin qətli kadrlarını görmürsünüzmü ki, ən dəhşətli və tükürpərdici şəkildə qətlə yetirilirlər və siz bu kadrları dünyaya göstərmirsinizmi?
Gəlin və Allaha xatir qiyam edin, öz mənəvi və dini bacarıq və potensialınızdan tam istifadə edərək təcili addım atınız ki, sabah artıq gecdir.
Gəlin bütün islam alimləri! Müsəlmanları vəhdətə və birliyə dəvət edin və bu şərafətli ayəni öz prioritetiniz seçin:
«وَ لَا تَنَازَعُوا فَتَفْشَلُوا وَ تَذْهَبَ رِیحُکُمْ…»
Gəlin dünyaya göstərək ki, əziz islam rəhmət, mehribanlıq və ünsiyyət dinidir, bəşəriyyətə izzət və başıucalığı bəxş edən dindir.
Gəlin dünyaya elan edək ki, bizim konstitusiyamız Quran-Kərimdir, biz bu səmavi kitaba inanırıq və istəyirik ki, böyük səadət bəxş edən müraciətləri dünyaya elan edək. Siz bu gün islam ölkələrinin dövlət başçılarından istəyin ki, ixtilafdan əl çəksinlər və hamısı Quran-Kərim təslim olaraq başlarını əysinlər.
Mən ah-nalə ilə dolu olan qəlbimlə müsəlmanların bugünkü təəssüfləndirici vəziyyətindən Allah-taala qarşısında ondan diləyirəm ki, müsəlmanların əvvəlki izzətini onlara geri qaytarsın və islam düşmənlərini xar etsin.