DünyaXƏBƏRLƏR

Ərəbistanda məhbus qadınlarla həmrəylik aksiyası keçirilib

Səudiyyə Ərəbistanında məhbus qadınlarla həmrəyliyi elan etmək üçün etiraz aksiyaları hələ də davam edir.

Ərəbistanlı gənclər çərşənbə axşamı günü Məkkə şəhərində aksiya keçirərək Ərəbistanda azadlığın olmamasına etiraz etdiklərinə görə həbs olunan məhbus qadınlarla həmrəy olduqlarını bildiriblər.

Ərəbistanlı gənclər məhbusların ailələrinin məhbuslarla görüşdən məhrum olmalarını pisləyiblər.

Etirazçılar Ərəbistan daxili işlər naziri Məhəmməd Bin Naifə qarşı şüarlar səsləndirib və etirazların dinc olduğunu vurğulayıblar.

Ərəbistanın əl-Couf şəhərində də qadınlar etiraz aksiyası keçirərək siyasi məhbusların azadlığını tələb edib və məhbus qadınların cismi və psixoloji işgəncə edilməsində Ərəbistan rəsmilərinin davranışlarını pisləyiblər.

Son vaxtlar Ərəbistan rəsmiləri tərəfindən həbs olunan qadınlardan Nəmur əl-Cəzairi adlı 15 yaşlı qız və Ümm Mənsur əl-Fəqih adlı ahıl bir qadına işarə etmək olar.

Ərəbistan paytaxtı Ər-Riyadda əl-Mələz həbsxanasının məmurları son vaxtlar 5 ərəbistanlı etirazçı qadının həbs müddətini 35 gün uzadıb.

Ərəbistanlı qadınların həbsi müddətinin uzadılması onların öz övladlarının Ali-Səud həbsxanalarından azad olunması ilə bağlı aksiyaları ilə əlaqədədir.

İnsan haqları fəallarının bildirdiklərinə görə, Səudiyyə Ərəbistanı həbsxanalarında mühakimə edilməyən və yaxud ittihamı bildirilməyən 30 mindən çox məhbus vardır. Lakin Ali-Səud rejimi onların sayını çox aşağı elan etmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu