Suriya silahlı qruplaşmalar və ünsürlərin nüfuzu yolunu bağlamaq üçün bu ölkəyə qeyri-qanuni girişə ağır cəzalar nəzərdə tutub.
Suriya prezidenti Bəşşar Əsəd bir qanun imzalayıb. Bu qanuna əsasən bu ölkəyə qeyri-qanuni şəkildə daxil olan hər bir şəxs 1 ildən 5 ilə qədər həbsə və cərimə ödəməyə məhkum olunacaq.
Suriyada qarşıdurmaların ardınca, yaraqlılar və silahlı qruplaşmalar qərbin müttəfiqləri olan bəzi ərəb ölkələrinin himayəsi ilə qonşu ölkələr, xüsusilə Türkiyə və İordaniya vasitəsi ilə bu ölkəyə ezam olunur və “cihad” adı altında Suriya xalqı və ordusunu kütləvi şəkildə qətlə yetirirlər.