
Azərbaycan Respublikası Zaqatala rayonunda yerləşən Faldarlı kəndində 300 illik məscidin sökülməsinə qərar verilib. Əəhali isə dini abidənin uçurulması qərarına etiraz edir.
Moderator.az saytına bu barədə bir informasiya daxil olub. Bildirilir ki, Zaqatala rayonunun Faldarlı kəndinin zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş orta məktəbinin yerində yeni korpus tikiləndən sonra əraziyə bitişik məscidin də sökülərək oyun meydançası kimi istifadə olunmasına qərar verilib. Kənd sakinləri isə bu qərardan hiddətləniblər və müvafiq orqanlara etirazlarını bildiriblər. Onlar deyirlər ki, 300 ildən çox yaşı olan və zəlzələdən də qəzasız vəziyyətdə çıxan, heç bir bərkitmə və möhkəmləndirmə tədbirinə ehtiyac duyulmayan bu məscid Mədəniyyət və Turizm Nazirliyinin qorunan abidələr siyahısındadır və bu qurum tərəfindən inventarlaşdırılıb.