Rusiya Dəməşq ilə imzalanmış hərbi müqavilənin icrasına təkid etdi.
Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Moskva-Dəməşq əməkdaşlıqlarının inkişaf prosesini himayə edərək, deyib: Rusiya Suriya ilə imzaladığı hərbi müqavilələrə tam olaraq sadiqdir və onları icra edəcək.
O, daha sonra deyib: Moskva silah satışı və Dəməşqə havadan müdafiə sistemlərinin verilməsi üzrə müqavilələri kamil formada yerinə yetirəcək.
Rusiya prezidenti dəfələrlə ölkəsinin Suriyaya silah ixracatını müdafiə edərək, deyib: Moskva iki tərəf arasında imzalanmış müqavilələr əsasında Suriya dövlətinə silah və hərbi təchizatların verilməsində beynəlxalq öhdəliklərinə sadiqdir və bu məsələnin beynəlxalq qanunlar ilə heç bir ziddiyyəti yoxdur.
