Məlumatlı mənbələr bildiriblər ki, Qətər əmirinin iqtidardan getməsi ABŞ-ın təzyiqi altında baş verib.
Rusiya əl-Youm telekanalının məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Qətər əmiri Şeyx Həməd Bin Xəlifə Ali-Saninin iqtidarı öz oğlu Təmimə tapşırmasının səbəbi bir çox iddiaların əksinə olaraq Qətər əmirinin fiziki vəziyyəti deyildi. Əksinə ABŞ-ın Qətər əmirinə göstərdiyi təzyiq idi.
Bu məlumata görə, həqiqət budur ki, Vaşinqton Suriyada “cihad”çı şəxsləri himayə etmək və Qətərin icra etdiyi qeyri-qanuni maliyyə əməliyyatı ilə əlaqədar gizli məkrli planları əldə edib.
Qeyri-rəsmi məlumatlara əsasən, Qətərdə çoxlu nüfuza malik Ağ Ev bu ölkə əmirini iqtidardan çəkilməyə və onu Vaşinqtonun seçdiyi övladına verməyə məcbur edib.