Amerikanın Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçisi və Amerikada internet dinlənilməsi proqramının ifşaedicisi hələ də Moskva Hava Limanının tranzit bölməsindədir.
Rusiya Snodeni Amerikaya ekstradisiya etmək niyyətində deyildir.
O deyib: Snoden Rusiya daxilində heç bir suç işləməyib ki, həbs edilsin yaxud məhkəmə təqibinə məruz qalsın.
Putin həmçinin Amerikanın Snoden haqdakı ittihamlarını cəfəngiyat adlandırıb.
Bundan öncə Amerikanın dövlət katibi Con Kerri Rusiyadan istəmişdi ki, MKİ-nin keçmiş müşaviri və Vaşinqtonun informasiya casusluğunun ifşaçısı Eduard Snodeni Amerikaya təhvil versin.
Amerika dövləti tərəfindən təqibdə olan Snoden bazar günü Honkonqu Moskvaya doğru tərk etdi.
Amerika Snodenə qarşı rəsmi bir şikayət ərizəsi hazırlayaraq, onu “casusluqda” və “ Amerikanın vətəndaşların dinlənilməsi haqdakı gizli fəaliyyətini ifşa etməkdə” ittiham etdi.
