AfrikaXƏBƏRLƏR

Misirdə Mursinin müxalifləri və tərəfdarları arasında baş vermiş toqquşmalarda 25 nəfər yaralanıb

Misirin Əl-Şərqiyyə vilayətində bu ölkə prezidentinin tərəfdarları və müxalifləri arasında baş vermiş toqquşmalarda 25 nəfər yaralanıb.

Misirin Əl-Şərqiyyə vilayətinin Əl-İbrahimiyyə məntəqəsində Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları və müxalifləri arasında toqquşmalar baş verib. Nəticədə 25 nəfər həlak olub.

Bu toqquşmalar misirli müxaliflərin Misirin Müsəlman Qardaşları Qrupunun siyasi qolu olan Azadlıq və Ədalət Partiyasının Əl-İbrahimiyyədəki ofisini yandırmasından sonra baş verib. Bu hadisə Misir hökuməti ilə müxalif olanların İbrahimiyyə şəhərinin Əl-Nəsr məscidində Müsəlman Qardaşlar Qrupunun Təlim ofisinin üzvü Əbdürrəhman Əl-Berr və onunla birlikdə olanları mühasirə etmələri, sonra isə mərkəzi təhlükəsizlik qüvvələri ilə kəskin şəkildə toqquşmalarından sonra baş verib.

Mursi müxaliflərinin iyunun otuzunda geniş aksiyalar keçirmək üzrə qərarları və onların Mursinin hakimiyyətdən kənara çəkilməsinə və vaxtından əvvəl seçkilərin keçirilməsinə təkid etmələrinə görə, Misir vilayətlərinə tam xaos və ikitirəlik atmosferi hakim kəsilib. İslami qruplardan ibarət bir qrup Misir prezidentini himayə etməklə yanaşı onun hökumətinin qanuniliyinə təkid edirlər. müxaliflərdən ibarət olan başqa bir qrup isə Mursi hökumətinin devrilməsi və onun hakimiyyətdən kənara çəkilməsini istəyirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu