İran İslam Respublikası ordusu dəniz qoşunları komandanı İslam Respublikasının Xəzər dənizindəki ilk gəmi qrupunun münasibətlərin möhkəmlənməsi məqsədilə Rusiyanın Həştərxan limanına ezam olunduğunu bildirib.
Kontr-admiral Həbibullah Səyyari bu gün çərşənbə günü Beynəlxalq Gəmiçilik Günü mərasimində deyib: İran İslam Respublikasının Xəzər dənizindəki gəmir qrupu ilk dəfə olaraq qonşu dəniz ölkəsi Rusiya ilə sülh və dostluq münasibətlərinin gücləndirilməsi məqsədilə bu gün Rusiyanın Həştərxan limanına ezam olunub.
Admiral Səyyari “Peykan” və “Cövşən” raket atan gəmilərdən ibarət olduğunu bildirərək ümidvarlıq edib ki, İran İslam Respublikasının Xəzər dənizindəki gəmi qrupu dənizlərin təhlükəsizlik qüdrətinin güclənməsi, təlim, dəniz əlaqələri və texniki işlərin həyata keçirilməsi üzrə məqsədlərin əldə olunmasında uğur qazanacaqdır.
