DünyaXƏBƏRLƏR

Əl-Cəzirə və Əl-Ərəbiyə fələstinlilərlə Livan Müqaviməti arasında toqquşma yaratmağa can atmaları

Livanın Seyda məntəqəsində gərginliklərin yaşanması ilə eyni zamanda Ərəbistan və Qətərin kəşfiyyat təşkilatlarına bağlı olan medialar fələstinliləri Livan Müqaviməti ilə qarşı-qarşıya qoymağa can atdılar.

Bazar ertəsi günü Livanın Seyda şəhəri Şeyx Əl-Əsir tərəfdarları ilə bu ölkə ordusu arasında toqquşmaların səhnəsinə çevrildi. Bu toqquşmalar zamanı iki tərəfdən onlarla nəfər həlak oldu.

Livan ordusu Qətər və Ərəbistan tərəfindən himayə edilən sələfi şeyxi Əhməd Əl-Əsirin tərəfdarı olan yaraqlılar qarşısında qalib gələrək, Seyda şəhərində Ebra məntəqəsinə nəzarəti yenidən ələ keçirməyə müvəffəq oldu. Seydadakı toqquşmalar Əl-Əsirin tərəfdarlarının bir yoxlama-buraxılış postuna hücum etmələri və Livan ordusu qüvvələrindən bir qrupunu qətlə yetirmələrindən sonra başlandı.

Toqquşmaların davam etməsi və Əl-Əsirin gizləndiyi məkan olan Seyda şəhərinin Ebra məhəlləsində Əl-Əsir qüvvələrinin təzyiq altında qalması ilə Eynül-Hilvə Fələstinli Didərginlər Düşərgəsində bir qrup yaraqlı tərəfindən yeni bir hücum həyata keçirildi.

Əslində Livandakı sələfi və ifratçı qüvvələrin ikinci hücumu olan bu hücum, yeni bir media cərəyanın başlanmasına səbəb oldu. Bu cərəyan içərisində yaraqlıları himayə edən medialar, fələstinliləri Livan ordusunun qarşısında qoymağa beləliklə də 70 və 80-ci milad onilliklərində Livandakı vətəndaş müharibəsinə oxşar ssenarini, bu dəfə yeni bir atmosferdə yaratmağa can atdılar.

Hər halda Əl-Əsir qalmaqalı nəhayət Livan ordusu qüvvələrindən 21 nəfər, sələfi qüvvələrindən onlarla nəfərin həlak olması, Əl-Əsiri yaralanması və qaçması ilə sona çatdı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu