AsyaXƏBƏRLƏR

Moskva Ər-Riyadın terrorçulara dəstəyini tənqid etdi

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanat verərək bəzi region ölkələri, o cümlədən Səudiyyə Ərəbistanını Suriyadakı terrorçu qrupları himayə etməkdə ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında üç əsaslı məsələ vardır. Birincisi budur ki, Rusiya Ərəbistan xarici işlər nazirinin açıqlamasını pisləyib. Ərəbistan xarici işlər naziri ABŞ dövlət katibi ilə Ciddə şəhərində görüşdə demişdi ki, Rusiya davamlı şəkildə Suriya quruluşunu silahlandırır və Suriya quruluşu da Moskvadan aldığı silahlarla bu ölkə xalqını kütləvi qırğın edir.

Rusiya XİN bu bəyanatla bu açıqlamadan narazı olduğunu bildirib.

Bu bəyanatda qeyd olunub ki, Rusiyanın Suriya böhranı qarşısında öz mövqeyini bir şəxs üçün əsaslandırmasına ehtiyacı yoxdur.

Bu bəyanatda bildirilir: Rusiyanın Suriya böhranı qarşısındakı mövqeyi əsaslı mövqedir və Suriya böhranının dinc və müzakirə yolu ilə həll olunmasına çalışır. Bu bəyanatda diqqəti cəlb edəcək başqa bir məsələ budur ki, Ərəbistan xarici işlər nazirinin bu çıxışı etməklə bağlı istəyidir.

Rusiya XİN bəyanatına əsasən, Səud əl-Feysəl Ərəbistanın Suriya qarşısındakı mövqeyinin ABŞ-ın mövqeyi olduğunu göstərmək üçün bu sözləri bəyan edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu