“İslami Birlik Cəmiyyəti”nin portalı Bəhreyn rejiminin ayətullah Şeyx Hüseyn Nicatinin bu ölkədən sürgün edilməsi üzrə qərarından xəbər verib.
İslami Birlik Cəmiyyəti bu hərəkəti zalımcasına, beynəlxalq qanunlara və hətta Bəhreynin əsas qanununa zidd adlandıraraq, onu insan haqlarının ilkin prinsiplərinə aşkarcasına təcavüz hesab edib.
Bu bəhreynli qurum əlavə edib: Ali-Xəlifə rejimi son zamanlar 31 bəhreynlinin vətəndaşlığını əlindən alıb və Manama rejiminin bu cinayətkarcasına addımı beynəlxalq təşkilatlarda kəskin tərzdə pislənibdir.
Bəhreyn xalqı, xüsusən bu ölkənin böyük din xadimlərinin vətəndaşlıqlarının əllərindən alınması və öz doğulduqları yerlər və vətənlərində yaşamaq kimi qanuni haqlarından məhrum olunmaları elə bir halda baş verir ki, Ali-Xəlifə rejimi son illər ərzində Bəhreynin əhali tərkibini pozmaq üçün Afrika və Asiya ölkələrindən minlərlə əcnəbini onlara Bəhreyn vətəndaşlığı verməklə bu ölkə xalqına əlavə edibdir.