İranın ingilis dilində verilişlər yayımlayan PressTV telekanalına qarşı təzyiqlərini artıran ABŞ dövləti bu dəfə Əfqanıstanda bu kanalın yayımını əngəlləməyə çalışıb.
ABŞ-ın Əfqanıstanın Herat vilayətindəki konsulluğu kabel televiziyası xidmətləri həyata keçirən şirkətdən istəyib ki, PressTV-ni xidmət paketinə daxil olan kanallar siyahısından çıxartsın. Məlumatı PressTV-yə istinadla Səhər kanalı verir.
ABŞ konsulluğunun yüksək səviyyəli bir diplomatı da kabel televiziyası xidmətləri həyata keçirən şirkətin müdiri ilə görüşərək, PressTV-nin yayımının dayandırılması üçün bu şirkətə PressTV-dən aldığı məbləğin 3 qatını ödəməyə hazır olduğunu bildirib.
Peyk xidmətləri həyata keçirən İntelsat şirkəti iyun ayının 19-da bildirib ki, bundan sonra İran telekanallarına o cümlədən ingilis dilində verilişlər yayımlayan PressTV telekanalına xidmət göstərməyəcək. Bu qərarın çıxarılmasına səbəb olaraq isə bildirilib ki, İntelsat İranın Radio və Televiziya Təşkilatının sədrinə qarşı sanksiyalara riayət etməyə borcludur.
Amerikanın xarici mal varlığının idarəsi ofisi ABŞ-ın Maliyyə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən bir qurum olaraq, İntelsata göstərilən təzyiqlərin arxasında birbaşa rola malik olub. Bu qurumun rəhbəri isə eşkinazi yəhudilərindən olan Adam Zubindir.
PressTV və İranın digər telekanalları 2012-ci ilin yanvarından müxtəlif bəhanələrlə Avropa dövlətləri və peyk şirkətlərinin hərtərəfli hücumuna məruz qalıblar.
Avropa şirkətləri bu addımlarını İrana qarşı sanksiyalarla əsaslandırmağa çalışıblar.
Halbuki, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin sözçüsü Maykl Man PressTV ilə müsahibədə İrana qarşı sanksiyaların İran medialarını əhatə etmədiyini bildirib.
Media fəalları İran telekanallarına qarşı bu rəftarı söz və media azadlığına qarşı yönəlmiş hərəkət hesab edərək, bunun söz və media azadlığı iddiasında olan Avropanın şüarları ilə təzadda olduğunu bildirirlər.