İspaniya dövləti bildirib ki, son zamanlar bu Avropa ölkəsində həbs olunmuş terrorçu Əl-Qaidə təşkilatı ilə bağlı bir qrupun üzvləri terror hərəkətləri törətmək üçün azı əlli nəfəri Suriyaya göndəriblər.
İspaniyanın daxili işlər naziri- Xorxe Fernandez Diyaz bu ölkənin EFE rəsmi xəbər agentliyinə deyib ki, indiyədək Afrika qitəsinin şimalında yerləşən İspaniyanın Senota şəhərində həmin qrupa üzv olmaq ittihamı ilə səkkiz nəfər həbs olunub.
O, əlavə edib: Bu şəxslərin hədəfi qiyamçılara və ya Suriya dövlətinə qoşulmaq olmayıb; onlar cihad bəhanəsi ilə Suriyaya gedərək, orada terror hücumları və bombaqoyma məqsədlərini güdürmüşlər. Onların arasında bir neçə yeniyetmə də nəzərə çarpır.
Madriddə çıxan El-Pais qəzeti də bu barədəki bir reportajda otuz doqquz yaşlı Kərim Əbdussəlam Məhəmməd adlı bir vəhhabini təqdim edir. Onun əsas rolu, Suriyada intihar hücumları törətmək üçün həmin ölkəyə göndərilmək məqsədilə Əl-Qaidəyə qüvvələrin cəzb edilməsi olub.