AzərbaycanXƏBƏRLƏR

Məmməd Əzizovun həbsi davam edir

İyulun 2-də Nəsimi Rayon Məhkəməsi “Nida” Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb.

Məmməd Əzizov martın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun Bakıda keçirdiyi əməliyyatda saxlanılıb.
Gənc fəallın həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatəti və Baş Prokurorluğun təqdimatı olmuşdur.

Məmməd Əzizovun yaşadığı evdən “Təcili demokratiya tələb olunur, tel: +994, ünvan: Azərbaycan” sözləri yazılmış vərəqlərin və marixuana aşkar edildiyi rəsmi surətdə açıqlanıb.

Bu iş üzrə “Nida”nın daha 6 üzvü həbsdədir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclər yalnız sivil siyasi müxalifət etdiklərini və ittihamların saxta olduğunu vurğulayırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu