LivanSuriyaXƏBƏRLƏR

Suriyada gedən toqquşmaların son qalibi Suriya hökuməti olacaq

Hizbullahın baş katibi deyib: Əl-qaidənin tabeliyində olan təkfirilər Suriyada təfriqəçi məqsədlər güdürlər lakin son qalib Suriya hökuməti olacaq.

Seyid Həsən Nəsrullah Hizbullah rəhbərləri ilə xüsusi iclasında deyib: Əlqaidənin tabeliyində olan təkfirilər Suriyada şiə və sünni müsəlmanlar arasında ixtilaf salmağı planlaşdırırlar lakin toqquşmalar sonda rəsmi Dəməşqin qələbəsi ilə nəticələnəcək. Hizbullah rəhbərlərindən birinin dediyinə görə, Nəsrullahın bu proqnozu, Suriya ordusu və müxalifətinin eləcə də Hizbullahın hərbi gücü barədə dəqiq hesablamalarına söykənir.

Ekspertlər Nəsrullahın bu sözlərinin Livan Hizbullahı hərəkatının mübarizlərinin Suriyadakı fəaliyyətinin davam etdiriləcəyinə işarə kimi qiymətləndirirlər. Nəsrullah dəfələrlə bildirmişdir ki, Suriyanın həqiqi dostları bu ölkənin təkfirilər, Amerika və İsrailin nəzarətinə keçməsinə imkan verməyəcəklər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu