Livan Hizbullahının baş katibi deyib: Biz heç bir istiqamətə daxil olmarıq, məgər bu ki,qeyd edilən yolun Allah-Taalanın razılığı istiqamətində olduğu barədə əminlik əldə etdikdən sonra.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Məhərəm ayı günlərinin yeddinci gecəsindəki çıxışı zamanı Əhməd Qəsirin şəhadətsevərlik əməliyyatını Livanda İslami Müqavimətin zəfərlərinin başlanğıcı adlandıraraq, deyib: 1982-ci ildə həyata keçirilmiş bu şəhadətsevərlik əməliyyat İşğalçı rejimə ən çox xəsarəti vurdu və sionist İsrail rejimi ordusunun 120-dən çox zabit və hərbçisini öldürdü.
Seyid Həsən Nəsrullah sonra deyib: Əhməd Qəsir şəhadətsevərlər sərdarı kimi özünün misli görünməmiş əməliyyatını Sur şəhərində İsrailin hərbi hökumət mərkəzində həyata keçirdi.
Livan Hizbullahının baş katibi sonra deyib: Biz yaxşı xatırlayırıq ki, o zaman Şaron İsrailin müharibə naziri olduğu zaman, necə bu binanın dağıntıları arasında qəmli sima ilə nigaranlıq bildirdi; o həmən şəxs idi ki, İsrailin Livana daxil olduğunu və Livanı əbədi olaraq, İsrail dövrünə daxil etdiyinə inanırdı.
Nəsrullah sonra belə əlavə edib: Əhməd Əl-Qəsirin əməliyyatından sonra, Hizbullah, Əməl Hərəkatı və başqa Müqavimət qruplarından olan digər şəhadətsevərlər işə başladılar və bu canfəşanlıqlar zəfər və hörmətin əldə edilməsinə səbəb oldu.