AB İrana qarşı sanksiyaların ləğvi üzrə təklif paketindən xəbər verdi

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eştonun sözçüsü Maykl Man AB-nin İrana qarşı sanksiyaların ləğv edilməsi üzrə təklif paketini araşdırmaqla məşğul olduğunu bildirib.

 
Maykl Man bildirib ki, AB Cenevrə anlaşmasının icrası ilə bir vaxtda İrana qarşı bəzi sanksiyaları cari ilin dekabrında və ya gələn ilin yanvarında ləğv edə bilər.
M.Man həmçinin deyib: AB-i mütəxəssisləri sanksiyalar qanununa düzəlişlərin edilməsi üzrə ilkin mətni hazırlamalı daha sonra bu sənəd Avropa Birliyi xarici işlər nazirləri tərəfindən təsdiq edilməlidir.

İran prezidentinin proqramlaşdırma və strateji nəzarət məsələləri üzrə müavini də deyib: Bizim hesablamalarımıza görə, hazırkı şərait davam edərsə və ədalətsiz və məntiqsiz sanksiyalar təşkilatı yığışdırılarsa, o zaman ölkəmiz hər ilə əlavə olaraq 50 milyard dollar qazanc əldə edəcək.

↑
Mobil sürümden çık