Rusiyada anti-hökumət etirazçılarının aksiyası polislə toqquşma və çaxnaşma ilə nəticələnib.
Ötən gecə Rusiya xalqından minlərlə nəfər paytaxt Moskva şəhərindəki Kreml Sarayının yaxınlığında aksiya keçiriblər. Təqribən üç min nəfər bu aksiyada iştirak ediblər. Polis qüvvələri bu məkanda geniş iştirak edərək, etirazçıların aksiyalarına nəzarət ediblər. Bu aksiya , Moskvadakı bir məhkəmənin Rusiyadakı müxaliflərin sədri Alexei Navalny-ni beş il həbs cəzasına məhkum etməsindən sonra keçirildi. Etirazçılar qeyd edilən məhkəmə qərarı haqdakı xəbərləri eşitdikdən sonra küçələrə və prospektlərə axın ediblər. Etirazçılar “ utanın” , “ ar olsun sizə” şüarları verərək, Putinin oğru olduğunu bildiriblər.
Navalny Rusiyada dövlət korrupsiyası ilə mübarizə üzrə fəallardandır ki, Putin əleyhinə olan ən böyük aksiyanın başçısı idi. O Rusiyada sabiq Sovet İttifaqının dağılmasından bəri məhkəmədə mühakimə edilib, məhkum edilən ən tanınmış siyasi müxaliflərdəndir.