AvropaLivanXƏBƏRLƏR

“AB-nin Livan Hizbullahını qarşı hərəkəti pislənilməlidir”

Tehranın cümə namazı xitabətçisi Avropa Birliyinin Livan Hizbullahına qarşı son hərəkətini pisləyib.

Tehranın cümə namazı xitabətçisi höccətülislam vəl-Müslimin Kazim Sədiqi Avropa Birliyinin Livan Hizbullahının hərbi qolunun adını özünün terrorçu qruplar siyahısına salmaq üzrə hərəkətini pisləyərək bu hərəkətin utancverici hərəkət olduğunu bildirib.

AB-nin Livan Hizbullahına qarşı son hərəkətinin qeyri-qanuni və qeyri-əxlaqi olduğunu bildirən Höccətülislam və Əl-Müslimin Kazim Sədiqi sonra deyib: Bu hərəkət AB-nin son rüsvayçılığına müqəddimə olacaq və Livan Hizbullarına bir zərər dəyməyəcək.

Livan Hizbullahının hərbi qolunun AB-nin terrorçu qruplar siyahısında yerləşdirilməsinin qərəzli hərəkət olduğunu bildirən Tehranın cümə namazı xitabətçisi sonra deyib: Sionist rejimin terrorçu bir rejim olduğu bir halda Hizbullahın adının terrorçu qruplar siyahısında yerləşdirmək biabırçılığa səbəb olan hərəkətdir.

Höccətülislam vəl-Müslimin Sədiqi sonra deyib: Livan Hizbullahı elə bir qrupdur ki, Sionist rejim ordusunun məğlub edilməzlik xülyasını pozdu və bütün dünya xalqlarına göstərdi ki, saxta Sionist rejim ordusu hörümçək yuvasından belə daha süst və zəifdir.

Terrorçu münafiqlər qruplaşmasının Avropa Birliyinin terrorçu qruplar siyahısından çıxarılmasına da toxunan Tehranın cümə namazı xitabətçisi sonra deyib: Livan Hizbullahı bir qrupdur ki, müdafiə xarakterlidir və Livanın inkişafı və istiqlaliyyəti uğrunda hərəkət edir.

Höccətülislam vəl-Müslimin Sədiqi sonra Misir hadisələrinə işarə edərək Misir faciəsinin təəssüfləndirici olduğunu bildirib.

Suriya Misir üçün bir ibrət dərsidir və sionistlər və amerikanlar müqaviməti qırmaq üçün Suriyada müharibə törətdilər və hazırda növbə Misirə çatıbdır – deyə Tehranın cümə namazı xitabətçisi sözlərinə əlavə edib .

Hazırda Misirdə baş verən hadisələrin sionistlərlə amerikanların işi olduğunu bildirərək misirli din alimləri , yazıçılar və təsir etmə qabiliyyətinə malik olan şəxsiyyətlərindən istəyibdir ki, yaranmış problemi aradan qaldırsınlar.

Höccətülislam vəl-Müslimin Sədiqi Misirdə qan axıtma amillərinin hərəkətlərini pisləyərək deyib: Aqressiv hərəkətlərin həyata keçirilməsi və aqressiv hərəkətlərin başladılması müsəlmanlar tərəfindən deyildir.

Tehranın cümə namazı xitabətisi həmçinin mübarək ramazan ayındakı bərəkət haqda da danışıb.

“Mübarək ramazan ayındakı xeyr əməllərin həyata keçirilməsi, heç bir ayla müqayisə edilməi deyildir ” – deyə Höccətülislam vəl-Müslimin Kazim Sədiqi bildirib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu