AvropaXƏBƏRLƏR

AB qərb sahillərindəki vəziyyətdən nigarandır

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru İordan çayının qərb sahilləri və Şərqi Qüdsdəki vəziyyətin gərginləşdiyinə görə öz nigaranlığını bildirib.

Avropa Birliyini xarici siyasət məsələləri üzrə koordinatoru Katrin Aştonun sözçüsü jurnalistlərə deyib: Aşton bölgədə gərginliyi artıran və sülh müzakirələrinin canlanması prosesini təhdidlə üzləşdirən İordan çayının qərb sahilləri və Şərqi Qüdsdə ötən həftə baş verən hadisələrdən kəskin nigarandır.

Aştonun sözçüsü əlavə edib: Önəmli məsələ budur ki, əlaqədar tərəflər səbirli olmalı və təhrikedici bütün hərəkətlərdən çəkinməlidirlər.

Onun sözlərinə görə, Aşton Qüdsdə bütün etnik və dini qrupların müqəddəs məkanlarda olmağının əhəmiyyətini vurğulayıb.

AB rəsmisi həmçinin İordan çayının qərb sahillərində yerləşən Ramullahın şərqində yeni 300 mənzilin inşa olunması ilə bağlı təsdiqlənən layihə barəsindəki məlumatlardan nigaranlığını bildirib və xatırladıb: AB dəfələrlə bildirib ki, sionist şəhərciklərin salınması beynəlxalq qanunlara zidd və sülh qarşısında maneədir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı