İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın müharibə naziri Pit Heqsethin “əlində qılınc olanlarla qanunlardan danışmayın” sözlərinə Roma sərkərdəsinin aqibətini xatırladaraq cavab verdi.
Əraqçi qeyd etdi ki, bu ifadəni Roma sərkərdələrindən biri işlədib. Həmin sərkərdənin say üstünlüyünə malik ordusu ilə həyata keçirdiyi son yürüş ağır məğlubiyyətlə nəticələnib və o, döyüş meydanından qaçdıqdan sonra başı kəsilərək öldürülüb. Əraqçi, həmçinin “Keçmişi xatırlaya bilməyənlər onu təkrarlamağa məhkumdurlar” xəbərdarlığını çatdırıb.
