İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ prezidenti amerikalıların böyük əksəriyyətinin Sionist İsraildən ciddi şəkildə narazı olduğunu aydın şəkildə anlayıb. O, diqqətçəkən məqamın ABŞ prezidentinin hələ də bu məsələnin səbəbini görünür, tapa bilməməsi olduğunu qeyd edib.
Əraqçi vurğulayıb ki, amerikalılar Sionist İsrailin ABŞ hökumətlərini aldatmasından və onları sonsuz müharibələrə sürükləməsindən beziblər. O əlavə edib: “Onların səbr kasası artıq daşıb. Regionumuzun səbr kasası da eyni şəkildə tükənib.”





